"Hatayspor"un futbolçusu dağıntı altından çıxarıldı, digər əcnəbi oyunçu evinin videosunu yaydı - İdman direktoru isə hələ də dağıntı altındadır

img

07-02-2023 [12:24]


"Hatayspor"un futbolçusu Mehdi Boudjemaa sosial şəbəkədə zəlzələdə evinə dəyən ziyanı açıqlayıb.

Mia.az xəbər verir ki, Hatayda yaşayan əlcəzairli futbolçu evin içindən çəkdiyi videonu paylaşıb.

Görüntülərdən  aydın olur ki, futbolçunun yaşadığı evdə ciddi dərin çatlar var.

Bu arada dünən dağıntı altında qalan klubun futbolçusu Kristian Atsu xilas olunub. Ağır xəsarətləri olan futbolçu xəstəxanaya qaldırılıb.

"Hatayspor"un rəsmisi Mustafa Özat bu faktı təsdiq edib. Deyib ki, Atsu, yaralı olarak dağıntı altından çıxarılıb: "Təəssüf ki, idman direktorumuz Taner Savut hələ də dağıntı altındadır. İnşallah, o da sağ xilas olunar. Artıq ən təhlikəli saatların sonuna doğru gəliirk".

Fərid,

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR