Azərbaycanda şok: cinsi azlıq ordudan tərxis olunub

img

05-05-2014 [18:13]



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov hərbi hissədə monitorinq aparıb.

Elçin Behbudov APA-ya açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin Salyan rayonunun Xıdırlı kəndi ərazisində olan intizam xarakterli "N” saylı hərbi hissəsində keçirdiyi monitorinq zamanı orada 52 şəxsin saxlandığı məlum olub: "Həmin şəxslər əsasən fərariliyə görə ittiham olunan və hərbi xidmət zamanı əsgər yoldaşları ilə insident törətmiş şəxslərdir. Hərbi hissədə keçirilən monitorinq nəticəsində əsgərlər arasında işgəncə və qeyri-insan rəftarla bağlı müraciət edən olmadı. Eyni zamanda son illərdə ölüm halının qeydə alınmadığı məlum oldu. Hərbi hissədən bir əsgər cinsi azlığın nümayəndəsi olduğuna görə, tərxis edilib”.

E. Behbudov, müdafiə naziri Zakir Həsənovun göstərişi ilə hərbi hissənin bu yaxınlarda əsaslı təmir olunacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA