Kəmaləddin Heydərovun müavinlərinin sayı artırıldı - FƏRMAN

img

05-05-2014 [16:33]


Bu gün İlham Əliiyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman verib.

Mia.az xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 10.8-ci bəndində "dörd müavini” sözləri "altı müavini” sözləri ilə əvəz edilib. Bununla da nazir Kəmaləddin Heydərovun bundan sonra 6 müavini olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Prezident bu gün həmiin iki müavin postu ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiiyevin oğlu Teymur Mehdiyev və Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Kəmaləddin Heydərovun yeni müavinləri təyin edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA