Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-02-2023 [00:03]
Qoç - qeyri-adi, yaşanacaq hadisələri uzun zaman unuda bilməyəcəyiniz gündür. İş heç də spontan olayların qəfilliyində deyil. Problem baş verənlərə həddən ziyadə emosional reaksiyalarınızdadır. Hər kiçik məsələni önəmli və mühüm iş saymayın.
Maraqlı tanışlıqlar, sizi yeni və orijinal ideyalara sövq edəcək insanlarla görüş istsina deyil.
Günün ikinci yarısında proseslərə səthi yanaşmayın. Sidq-ürəkdən sevinin, amma planlaşdırılan işləri unutmayın. Axşam saatlarında mənfi emosiyalardan qurtulun. Bəzi işləri təxirə salmaq olar.
Buğa - sürprizlərə hazır olun. Yaşam tərzinizdə dəyişikliklərə start verəcək xəbər almağınız istisna deyil. Yeni imkanları görün, onlardan yararlanmağın yollarını araşdırın. Təhlillərinizdə dəqiq olun. Yaxın ətrafınızdakı insanların diqqətindən yayınan məqamları görün.
Romantik münasibətlər üçün yaxşı gündür. Qətiyyətli və əzmkar olun.
Axşam saatlarında gəzintiyə çıxın. Belədə yuxusuzluğa düçar olmazsınız.
Əkizlər - sürətlə və dəqiq düşünün. Mühüm işləri təxirə salmayın, rəqibləri geridə qoyun. İntuisiyanız sizi aldatmayacaq. Səhvlərə yol verməyin. Sizdən tələb olunan məsələ təhtəlşüurun sizə verdiyi siqnalları anlamaqdır. Mühüm görüşlər, ciddi məsələlərin müzakirəsi üçün yaxşı gündür. Hətta əvvəllər diametral əks mövqe tutduğunuz insanlarla kompromisə nail ola bilərsiniz.
Günün ikinci yarısı yaşam tonusu səviyyəsinin aşağı düşəcəyi zamandır. Özünüzü qoruyun. Qüvvələrin bərpası üçün meditasiya karınıza gələ bilər.
Xərçəng - öz işlərinizlə müqayisədə başqalarının problemləri ilə daha çox maraqlanmayın. Qohumlarınız və ailə üzvlərinizin işlərinə müdaxilə etməyin. Amma yardım istəyi olarsa, qulaqardına vurmayın. Yaşam tərzinizdə müəyyən dəyişikliklər edə bilərsiniz. Çoxdankı planı və ya niyyəti reallaşdırmaq imkanı yaranır. İdeyaların hamısını puç, mənasız hesab etməyin.
Əyləncə və istirahətə həddən artıq önəm verməyin. Qatıldığınız məclisdə lider olmağa çalışın. Romantik münasibət istisna deyil. Lakin tamamilə naqolay insanla maraqlana bilərsiniz.
Şir - günün ilk yarısında ehtiyatlı olun. Aqressiya, inadkarlıq, eqoizm zamanı deyil. Belə davransanız, qərar və addımlarınızın çox pis fəsadları ola bilər.
Yaxınlarınızla təmaslarda münaqişə riskini artırmayın. Ailədə ixtilaf yaranarsa, onu çözmək asan olmayacaq.
Saatlar keçdikcə müsbət təmayüllərin təsir gücü artır. Özünüzü daha əmin və yaxşı hiss edirsiniz. Sizi çoxdan bəri narahat edən problemi həll etmək imkanı yaranır. Şansı əldən verməyin. Bizneslə bağlı əla ideyalar yarana bilər.
Qız - günün emosional fonu əlverişli deyil. Durum peşəkar fəaliyyətlə yanaşı şəxsi münasibətlərə də mənfi təsir edir. Səbirsiz və qıxıqlı olmayın. Ən kiçik məsələlərə görə gərgin mübahisələr etməyin. Münaqişə səbəbkarına çevrilməyin. Nüfuzlu insanlarla istənilən formada ünsiyyət və təmaslar ehtiyatlı davranmağı tələb edir.
Günün ikinci yarısında bədxahlarınız aktivləşəcəklər. Onların çirkin planına alət olmayın. Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün əlverişli gündür. Yeni tanışlıq ehtimalı azdır.
Tərəzi - enerjili, aktiv, əzmkar olun. Məqsədə doğru hərəkətdə sizə mane olmağa çalışırlar, amma ruhdan düşməyin. Geri çəkilməyin, irəliləyin. Güclü rəqibə müqavimət göstərmək, mübarizə aparmaq gərəkdir. Çətin mübahisələrdə mövqeyinizi qorumağa çalışın. Nə qədər qəribə də olsa, işlər çətin və müxtəlif olunca daha yaxşı nəticələr əldə edə bilərsiniz.
Maraqlı tanışlıqlar və romantik münasibətlər istisna deyil. Şəxsi münasibətlərdə sizi narahat edən məsələlərə cavab ala bilərsiniz.
Əqrəb - çətin, yorucu, xüsusi bilik və bacarıqlar tələb edən işləri görmək üçün əlverişli gündür. Əsas işi seçin, önəmsiz və ikinci dərəcəli işləri təxirə salın. Kiçik işləri yardımçı və ya tərəfdaşınıza etibar edin. Vaxtınızı, gerçəkdən də, önəmli işə sərf edin. Özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq səhv və yanlışlıqlara səbəb ola bilər.
Yaxınlarınız sizi anlamaqda çətinlik çəkirlər. Adi günlərdən fərqli olaraq sizdən daha təfərrüatlı izahatlar tələb olunur. Travma riskinin böyük olduğu gündür. Sükan arxasında, alət və avadanlıqla çalışanda, odla davrananda ehtiyatlı olun.
Oxatan - uğura nail olmaq üçün çalışmaq, səy göstərmək gərəkdir. Günlər arasında ən əlverişlisi deyil. Sakit və ardıcıl fəaliyyət göstərin. Yaranmış problemləri dərhal həll etməyə çalışın. Lakin heç bir ehtiyac duyulmadığı təqdirdə hücuma keçməyin. Ağıllı və təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, sizə mənasız tələskənlikdən qurtulmağa imkan verəcək.
Ən yaxşı məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Yeni dostlar və həmfikirlər tapa bilərsiniz.
Romantik münasibətin formalaşması istisna deyil.
Oğlaq - bu gün həllini tələb edən məsələlər nə qədər mühüm və mürəkkəbdirsə, o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Rəqibləri üstələmək üçün manipulyasiya və ya fırıldağa əl atmayın. İşgüzar səfər və ya səyahət uğurlu olacaq. Başqa yerdə, şəhərdə və ya regionda peşəkar fəaliyyətlə bağlı təklif ala bilərsiniz. Kommersiya fəaliyyəti üçün uğurlu gündür. Anlaşma və sövdələşmələrin perspektivləri var.
Yaxınlarınıza inanın. İfrata varmaq, şübhəli davranmaq münasibətləri uzun müddətə korlaya bilər. Maliyyə məsələləri, pul daha bir mübahisə mənbəyinə çevrilə bilər. Yaxınlarınızın istəklərinin reallaşdırılmasında xəsislik etməyin.
Dolça - ədalətli, soyuqqanlı, təmkinli olun. Qərar qəbul edəndə yalnız öz mövqeyinizi yox, ətrafınızdakı insanların fikrini də nəzərə alın. Belə davransanız, kompromis tapmaq, münaqişələrdən yan keçmək, habelə indiyədək dil tapmadağınız insanların dəstəyinə nail olmaq mümkündür. Yeni layihəyə və ya əməkdaşlığa başlamaq fikrində olduğunuz insanla görüş üçün əlverişli gündür.
Köç və təmirə başlamaq üçün yaxşı gün deyil. Səfər və ya səyahəti təxirə salın. Evə nə qədər yaxın olsanız, özünüzü bir o qədər rahat hiss edəcəksiniz. Səhhətinizə fikir verin, profilaktik tədbirlərə əl atın. Zökəm riski var.
Balıqlar - bədxah və düşmənlərinizə qarşı amansız olun. Məqsədə doğru hərəkətinizə mane olan insanları yolunuzdan kənarlaşdırın. Müttəfiqləri asanlıqla tapa biləcəksiniz. Ətrafınızdakı insanların fikir və mövqelərindən də yararlanın. İntriqa və manipulyasiyalara qatılmayın.
Şəxsi münasibətlər sahəsində vəziyyət harmonikdir. Narahat olmayın, nigaran qalmayın, təşvişə düşməyin.
Sevdiyiniz insanla söhbət stressdən qurtulmağınıza yardım edəcək.
Milli.Az
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."