5 yeniyetmə bir qadını zorladı - Verilən yüngül cəza isə narazılığı böyütdü

img

03-02-2023 [21:13]


İsveçin Malmö şəhərində 22 oktyabr 2022-ci ildə 4-ü 18 yaşından kiçik olmaqla, 5 yeniyetmənin  parkda bir qadını zorlaması işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, gecə qaranlıqda çarəsiz bir qadını nəzarətsiz və gediş-gəlişin olmadığı uşaq parkına zorla çəkib aparan 5 yeniyetmə burada birləşərək ona təcavüz ediblər. 

Ekspertiza rəyində qadında yeniyetmələrdən 4-nə məxsus sperma aşkarlanıb. Üstəlik, qadının döyülərək, çoxsaylı xəsarət alması da təsdiqlənib.

Məhkəmə bu qəddar təcavüzə baxmayaraq, 18 yaşlı gəncə cəmi 5 il, 17 yaşlı iki gəncə 1 i, 16 yaşlı gəncə 10 ay həbs , 15 yaşlı uşağa isə polisin nəzarət olmaqla 1 il şərti cəza verilib.

Məlumata görə, hadisə baş verən vaxtı dövriyədə olan polislər qadının yardım səsini uzaqdan duyub. Və bununla da qadın uşaqlardan ibarət "5 təcavüzçü"nün cəngindən xilas edilib.  

Həm bu hadisə, həm də cızanın azlığı isə ölkədə narazılıq yaradıb.

Samir MUSAYEV

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub