ABŞ-da Nümayəndələr Palatasının "səsim daha gur çıxacaq" deyən yeganə müsəlman üzvü komitədən qovuldu - "Demokrat"larla "Respublikaçı"lar İsrailə görə toqquşdu
03-02-2023 [11:01]
2021-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənqid edərkən ABŞ və israili Həmas, Əfqanıstan və Taliban kimi ağlasığmaz vəhşiliklər törətməkdə ititham edən və buna görə dünyanın gündəminə gələn ABŞ Nümayəndələr Palasaının yeganə müsəlman üzvü İlham Ömərə qarşı ötən gün sərt qərar qəbul olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Respublikaçılar Partiyasının rəhbərlik etdiyi Nümayəndələr Palatasında Minnesotanı təmsil edən Somali əsilli İlhan Ömər İsraili Fələstinə görə kəskin tənqid atəşinə tutduğu üçün üzvü olduğu komitədən xaric edilib.
Demokrat Partiyasından olan Ömər İsraili tənqid etdiyinə görə bu məsələ Nümayəndələər Palatasında səsverməyə çıxarılıb. Səsvermədə qərarın 218 lehinə səs verməklə, o, Xarici Əlaqələr Komitəsindən uzaqlaşdırılıb.
Beləliklə, "Respublikaçı"lar Ömərin İsraillə bağlı keçmiş bəyanatlarının antisemit olduğunu iddia edərək, komitədə işləməməli olduğunu müdafiə ediblər. "Demokrat"lar isə qərarı kəskin tənqid edərək, bunu Öməri susdurmaq üçün təzyiq sayb.
Ömərin özü isə səsvermədən əvvəl etdiyi çıxışında "Bir müddət bu komitədə olmasam, liderliyim və səsim azalmayacaq. Səsim daha yüksək və daha güclü olacaq. Səs verin, ya da verməyin. Mən buradayam və buradayam. Dünyanın şərlərinə qarşı səs olmaq və daha yaxşı bir dünyanı müdafiə etmək üçün burdayam", - deyib.
Ömər Afrikadan gələn müsəlman mühacir kimliyinə görə hədəf alındığını deyib. O əlavə edib ki, vətəndaş müharibəsindən sağ çıxan və qaçqın kimi təcrübəsi ona ABŞ-ın xarici siyasətinə dəyərli və unikal perspektiv verib.
Nümayəndələr Palatasındakı iki yəhudi respublikaçıdan biri olan Maks Miller isə verdiyi açıqlamada Ömərin İsrail və yəhudi xalqına qarşı qərəzi olduğunu və buna görə heç vaxt Xarici Əlaqələr Komitəsində obyektiv qərar verə bilməyəcəyini deyib.
Yeri gəlmişkən, Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti keçən il söz vermişdi ki, əgər respublikaçılar qanunverici orqanda səs çoxluğu qazanarsa, Erik Svalvel, Adam Şiff və Ömərdən komitə təyinatlarını əlindən alacaq.
F.ƏHMƏD,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi