Ziya Məmmədovun oğluna daha bir zərbə

img

05-05-2014 [13:48]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media layihəsi baş tutmaya bilər.

Avropa.info-nun hakimiyyətdəki mötəbər mənbədən əldə etdiyi məlumata görə, buna səbəb son dövrlər onun atası ilə bağlı başlanmış prosesdir. Mənbənin dediyinə görə, hakimiyyətdəki mətbuata nəzarət edən dairələr Ziya Məmmədovla bağlı başlanmış prosesin sonunu gözləyirlər.

Bildirilir ki, Ziya Məmmədovun bir sıra səlahiyyətlərinin əlindən alınması, özü və qohumları ilə bağlı saytlarda çox ciddi materiallar yayılması nazirin vəziyyətini ağırlaşdırıb. Ziya Məmmədovla bağlı proseslərin bu templə davam edəcəyi təqdirdə ehtimal ki, onun oğlu Anar Məmmədovun media projesi baş tutmayacaq. "Vurulan" nazirin oğlunun media maqnatına çevrilməsinə imkan verilməyəcək "

Qeyd edək ki, Anar Məmmədov "Qarant Holdinq" adlı media şirkəti təsis edib. Bir neçə gün öncə nazir oğlunun vəkili mətbuata açıqlamasında artıq bütün işlərin görüldüyünü və holdinqin bu həftədən fəaliyyətə başlayacağını bildirsədə bu proses baş vermədi. Vəkil eyni zamanda holdinqə daxil olan sayt və internet TV-lərin bəzilərinin adlarını da açıqlamışdı. Bunların bir çoxu isə vaxtilə Prezident Adminstrasiyasının eks şöbə müdiri Elnur Aslanovun nəzarət etdiyi olan sayt və TV-lər idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA