Nazir 21 nəfəri işdən çıxardı - Vergilər Nazirliyi

img

05-05-2014 [13:43]


"Vergilər Nazirliyində gəncləşdirmə prosesi son əsas prioritet sahələrdən biridir”. 

ANS PRESS-in məlumatına görə, bu barədə vergilər nazirliyinin insan resursları idarəsinin rəisi Faiq Şahbazov deyib. Bu gün keçirilən brifinqdə açıqlama verən idarə rəisi qeyd edib ki, artıq yaşı 40-a çatmamış əməkdaşların sayı ümumi işçilərin sayının yarısından çoxdur:

"2014-cü il yanvarın 1-dən bu günədək Vergilər Nazirliyi sistemindən 21 nəfər əməkdaş işdən azad olunub. Bunlardan 14 nəfəri öz ərizəsi ilə, iki nəfər isə işdə yol verdiyi nöqsanlar səbəbi ilə xidmətdən azad edilib. Yerdə qalanlar isə vəfat etmə və əmək müqaviləsinin bitməsi kimi məsələlərlə əlaqədar vəzifəsindən azad edilib. Vergilər Nazirliyi sistemində 2 mindən çox əməkdaş çalışır. Nazirlik gəncləşmə prosesi ən əsas prioritet sahələrdən biridir. Biz bu sahədə durmadan çalışırıq. Artıq yaşı 40 çatmamış əməkdaşların sayı ümumi işçilərin sayının yarısından çoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA