"Əgər o, Ərdoğana rəqib olarsa, 99 faiz qazanacaq" - Temel Karamollaoğlu

img

01-02-2023 [19:42]


Saadet Partiyasının lideri Temel Karamollaoğlu prezidentliyə ən şansıə namizədi adını açıqlayıb.

Mia.az xəbər verir ki, o, CHP lideri Kamal Kılıdaroğlunun namizəd olacağı halda, 99 faiz qələbə qazanacağına əmin olduğunu deyib: "Kamal bəy CHP-nin siyasətində bir inqilab həyata keçirib. CHP heç olmadığı qədər gücə, nüfuza sahiblənib. İndi isə zamanı gəldi, o, namizəd olmalıdır. Kimsənin onun qələbəsinə şübhəsi olmasın. Mayın 14-dəki seçkininin 99 faiz qalibi odur. Bilirsiniz, həmişə 1/100 ehtimalı var. Və heç kim heç nə barədə 100/100 deyə bilməz".

Temel Karamollaoğlu "6-lı masa"nın tezliklə prezidentliyə namizədini elan edəcəyini deyib.

Xatırladaq ki, bundan əvvəl Demokat Partiyasının lideri Uysal Gültəkin də CHP liderinin namizəd olacağının anonsunu verib.

Samir,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub