Ərdoğan CHP liderinə ünvanlı "Bay, Bay Kamal" tvitini atdı, belə cavab aldı - FOTOLAR

img

01-02-2023 [19:24]


CHP sədri Kamal Kılıçdaroğlu ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında “Bay Kamal” xitabı ilə bağl "dartışma" davam edir. 

Mia.az xəbər verir ki, dünən partiyasının qrup toplantısında Ərdoğanın bu xitabına toxunan CHP lideri çox sərt mesaj verib.

O, ölkədəki korrupsiyanın fantastik səviyyəyə çatdığını iddia edərək "Bizim arsız və oğruya münasibətimiz bəllidir, neştəri vurub dövlətin malını geri alacağıq. Seçkinin ertəsi günü telefonları bir-bir acı bir şəkildə çalacaq və "Mən Kamalam, gəlirəm", - ismarıcını verib.

Prezident Ərdoğan isə bu gün Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında “Bay Kamal” xitabının qarşı tərəfdə xoş ovqat yaradıını qabardaraq, deyib: "Bilirsiniz, biz CHP başqanına "Bay Kamal" deyə müraciət edirik. Ölkənin hər bir işi kimi, müxalifətin namizədinin sloqan tapmasına kömək etmək də bizim əlimizdədir. Əgər "Bay Kamal"dan bu qədər xoşlanırsa, bundan sonra ona istifadə edəcəyi yeni şüar verim: "Bay, Bay Kamal".

Maraqlı budur ki, Ərdoğan bu çıxıının ardından CHP liderinə ünvanlı tvit də atıb.

CHP lideri Kılıçdaroğlu isə prezident Ərdoğanın tvitinə operativ reaksiya verib.

O, 2005-ci ildə Yılmaz Ərdoğan və Cem Yılmazın baş rolda oynadığı "Organize İşler" filmindən sitat gətirib: "Ey beşli çeteler, bəs belə br mahnı vardı...”

Samir MUSAYEV,

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR