Yunanıstanın baş naziri Türkiyəyə meydan oxudu: "Savaşdan qorxmuruq, ancaq..."
01-02-2023 [19:16]
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyada “Nikkei Asia” nəşrinə müsahibə verib.
Mia.az xəbər verir ki, Mitsotakisə verilən suallar arasında Yunanıstan - Türkiyə münasibətləri barədə daha diqqət çəkən olub.
Baş nazir deyib ki, NATO ölkəsi oklmasına baxmayaraq, Türkiyə ilə bir çox məsələlərdə nəinki onlar, hətta müttəfiq ölkələrin əksəriyyəti də anlaşa bilmir: "Türkiyənin Ukrayna siyasətinə diqqət edin. Ankara Rusiyaya qarşı sanksiyalara qatılmır, bu prosesdə iştirak etmir. Bitrərəf qaldığını deməklə, Rusiya ilə xüsusi iqtisadi əlaqələrdən çox faydalanıb. Türkiyənin bu davranışı bir çox NATO üzvündə məyusluq və narahatlığa səbəb olub. Əgər siz NATO üzvüsünüzsə, bitərəf qala bilməzsiniz".
Türkiyə ilə Yunanıstan arasında yaşanan hazırkı gərginliyə də toxunan Miçotakis sözlərini belə davam etdirib: "Türkiyə ilə müharibə ehtimalından narahat deyiləm. Onlardan çəkinmir, qorxmuruq. Məni əsas narahat edən odur ki, son bir neçə ildə Türkiyənin xarici siyasəti daha çox aqressivləşib. Məncə, bunun Ukraynadakı savaşla üst-üstə düşməsi təsadüfi deyil".
Mitsotakis Türkiyədə hazırda Yunanıstana qarşı ucalan səslərin çoxunu seçki ilə əlaqələndirb: "Təbii, bunun bəziləri seçkiqabağı ritorikadan qaynaqlanır. Amma bütün bu cür çıxışlar, müharibə anonslarının Türkiyənin ictimai rəyini zəhərləyəcəyindən narahatam".
Yunan Baş nazir Ukrayna savaşından da danışaraq, Kiyevi dəstəklədiklərini, ancaq onlara "Leopard 2" tankları verməyəcəklərini bəyan edib: "Çünki bizim çox sadə səbəbimiz var. O tanklar bizim öz müdafiə strategiyamız üçün son dərəcə zəruridir. Biz həmişə demişik: biz Ukraynanı dəstəkləyirk, ancaq silahlarımız həssas bölgəmiz üçün özümüzə çox lazımdır".
Onu da qeyd edək ki, Yunanıstan 350 Leopard-2 və 500 Leopard-1 tankı ilə Avropada ən çox "Leopard"a sahib ölkədir. Afina daha əvvəl Rusiya istehsalı olan S-300 raketdən müdafiə sistemlərini də Ukraynaya göndərməkdən imtina edib.
Samir,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi