İcra başçısı Bahar Muradovaya «elçi» düşüb - İDDİA

img

05-05-2014 [12:44]



Azərbaycanda icra başçılarından biri düşdüyü çətin vəziyyətdən çıxmaq üçün yeni bir varianta əl atıb. 

Mia.az Jam.Az-a istinadən xəbər verir ki,  icra başçısı rayon camaatına böyük əziyyətlər verməsinə rəğmən, vəzifəsində qalmaq istəyir. Həm də o, ondan kimsənin şikayətçi olmamasına çalışır.

Xəbərlərə əsasən, artıq kürsüsü laxlayan və yaxın günlərdə işdən çıxarılacağı gözlənilən icra başçısı bu dəfə deputat Bahar Muradovaya «elçi» düşüb. Deyilir ki, Alı Alıyev keçmiş himayədarı Əhməd Əhmədzadənin dəstəyini qazana bilmədiyindən özünə yeni arxa axtarır. Və bu zaman Füzuli rayonunun deputatı olan Bahar Muradovanın ətəyindən yapışmaq məcburiyyətində qalıb.

Məlumatda deyilir ki, Alı Alıyev ötən həftənin son günləri Bakıda olan və parlamentin binasında Bahar Müradova ilə görüşüb. Onun vites-spikerlə görüşündə dəqiq olaraq nə danışdığı məlum deyil. Amma Füzuli İcra Hakimiyyətindəki mənbələr bildiriblər ki, rayonun icra başçısı Bahar Muradovadan kömək istəyib və vəzifə başında qalarsa, vəziyyəti düzəldəcəyini vəd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA