Ərdoğan İsveçin danışıqları bərpa etmək istəyinə "yox" dedi: "Boş yerə özünüzü yormayın"

img

01-02-2023 [14:13]


"Quranın təhqir edilməsinə göz yuman İsveçin NATO-ya daxil olmasına icazə verilməyəcək".

Mia.az xəbər verir ki, bu sözləri partiyasının qrup toplantısında Türkiyə Prezidenti Ərdoğan İsveçin danışıqları bərpa etmək istəyinə cavabda deyib.

Ərdoğan İsveçə çox açıq xəbərdarlıq edib: "Boş yerə özünüzü yormayın, Finlandiyanın NATO üzvlüyünə niyyətimiz müsbətdir, ancaq eyni fikri İsveç haqda deyə bilməyəcəyik".

Xatırladaq ki, bu gün yayılan məlumata görə, rəsmi Stokholm Türkiyə ilə münasibətləri qaydaya qoymaq üçün yenidən cəhdlər edir. İsveç mətbuatı yazır ki, Türkiyə ilə danışıqları bərpa etməyi onlardan NATO tələb edir.

Lamiyə,

Mia.az

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR