Professor Abel Məhərrəmovu məhkəməyə verdi - BDU-da qalmaqal

img

05-05-2014 [12:38]


Bakı Dövlət Universitetinin (BDU) "Riyazi analiz” kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayev çalışdığı təhsil müəssisəsini məhkəməyə verib. Buna səbəb onun "Riyazi analiz” kafedrasının müdiri vəzifəsindən azad edilməsidir.

İddiaya BDU-nun inzibati binasının yerləşdiyi Yasamal rayon Məhkəməsində baxılıb və sabiq müdirin iddiası təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb.

S.Abdullayev "Riyazi analiz” kafedrasının müdiri vəzifəsini 2006-cı ildən tuturmuş. Hazırda isə həmin kafedrada çalışır.

Qeyd edək ki, S.Abdullayevdən sonra "Riyazi analiz” kafedrasının müdiri vəzifəsinə dosent Fuad Abdullayev təyin edilib.

BDU-nu məhkəməyə verən S.Abdullayev 1943-cü il avqustun 23-də Ağdaş şəhərində anadan olub. 1960-1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilib. 1967-cı ildən BDU-da çalışır. Ailəlidir.

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA