Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir keçiriləcək

img

01-02-2023 [11:50]


Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Boks Federasiyasından Mia.az-a verilən məlumata görə, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Qeyd edək ki, Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR