AXCP qərargah axtarışını davam etdirir

img

05-05-2014 [12:26]


"AXCP qərargahsız öz fəaliyyətini davam etdirir. Ofis icarəyə götürmək istiqamətində cəhdlərimiz nəticəsiz qalıb”. Bunu Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, partiya əvvəki illərdə olduğu kimi iclaslarını AXCP üzvlərinin mənzillərində keçirir. AXCP rəsmisi onu da əlavə edib ki, AXCP-nin köhnə qərargahının partlamasından sonra sahibkarlar onlara ofis verməyə qorxurlar. "Kimsə cəsarət edib, ofislərini, obyektlərini AXCP-yə icarəyə vermək istəmir”.  

 

Xatırladaq ki, AXCP yeddi il qərargahsız fəaliyyət göstərsə də, 2013-cü ilin oktyabr ayının əvvəlində problemi həll etmişdi   

Ancaq bir neçə aylıq fəaliyyətdən sonra AXCP-nin qərargahında partlayış oldu. Hadisənin qaz sızmasından baş verdiyi deyilsə də, AXCP bunun təxribat olduğunu bildirib. Hadisədən sonra qərargahın yerləşdiyi binanın qəza vəziyyətində olduğu əsas gətirilib və AXCP ofisindən çıxardılıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA