Argentina millisinin oyunçusu meydana girən məşhur türk qəssabdan danışdı: "O an nə baş verdiyini tam anlaya bilmədim" - VİDEO

img

31-01-2023 [19:49]


2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunu qazanan Argentina millisinin oyunçuus Serxio Aquero final fitindən sonra meydana girən məşhur türk qəssab Nusret Gökçenin hərəkətlərindən danışıb.

Mia.az xəbər verir ki, o, bu barədə finaldan 2-3 gün sonra sosial şəbəkədəki paylaşımlardan xəbər tutduğunu deyib:

"Sosial mediada yazılan şərhləri bir neçə gün sonra gördüm. Nüsrəti meydanda olarkən gördüm və o an nə baş verdiyini tam anlaya bilmədim. Əslində, onu tam fərqinə varmadım. Çünki final oyunundan sonra biz qələbə sərxoşluğu yaşayırdıq, özümüzdə deyildik. Hətta sonradan bildim ki, Nüsrət bir neçə saat meydanda olub və onunla bağlı yaranan gərginlik sonradan yumşalıb...".

Xatırladaq ki, türk qəssabın oyunun final fitindən sonra meydançaya necə buraxılması FİFA tərəfindən araşdırılır.

Bu hadisə həm də o zaman dünya mediasının gündəmində idi. Xüsusən də Messinin məşhur qəssabın şəkil çəkdirmək istəyinə əvvəlcə saymazyana reaksiyası türk mediasında "Messi Nüsrəti rəzil etdi" başlığı ilə çox müzakirə olunub.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR