Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb

img

31-01-2023 [13:34]


Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən mia.az-a bildilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR