ARDNŞ-in xüsusi təqaüdləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı

img

05-05-2014 [11:09]


ARDNŞ-in ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə keçirilmiş müsabiqənin nəticələrini açıqlandı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü il mayın 4-də keçirilmiş ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib.

İmtahanın nəticələri elə həmin gün – mayın 4-də saat 16:00-dən etribarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1972 nəfər namizəddən 336 nəfəri imtahana gəlməyib. 1636 nəfər imtahanda iştirak edib. Ən yüksək nəticə 40 bal olub.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər.

Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA