Naxçıvanda həkimlər niyə şikayətlənir?

img

28-01-2023 [12:56]


Naxçıvan olxucu Xəstəliklər Mərkəzinin həkimlər Prezidentin MR-dəki səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə şikayət ediblər.

Mia.az xəbər verir ki,  həkimlər onlara qanunla verilməli olan müavinət və əlavələr ödənilməyib.

Həkimlər yazır ki, Yolxucu Xəstəliklər Mərkəzi 2020-ci il Fevral ayındann publik hüquqi şəxs kimi fəaliyyət göstərir: "Həmin vaxtdan Naxçıvan MR-nın digər xəstəxanalarında əmək haqqılarına sığortaya görə 50% artım olduğu halda, Yolxucu xəstəliklər Mərkəzinə bu sərəncam şamil olunmadı. Dəri zöhrəvi xəstəliklər şöbəsi təhlükəli yolxucu xəstəliklərin labarator müayinəsi və müalicəsi ilə məşğul olmasına baxmayaraq, əlavə faizlə də təmin olunmur. Yolxucu Xəstəliklər Mərkəzinin işçiləri sığorta və publik pulu ilə təmin olunmur. Koronavirus xəstələrinin müayinəsi, müalicəsi, qulluğu ilə məşğul olmağımıza baxmayaraq, prezidentin sərancamı ilə ayrılan müavinətdən yararlana bilməmişik". 

Həkimlər Fuad Nəcəflidən kollektivin bu müraciətinin araşdırılaraq, təmin ediməsini xahiş ediblər.

Samir,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR