YAP funksioneri: "Bu terrorun tam məsuliyyətini İran dövləti daşıyır"
27-01-2023 [16:51]
"Azərbaycanın Tehrandakı səfirliyinə terror aktına görə bütün məsuliyyəti İran dövləti daşıyır".
Bu sözləri Mia.az-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, bu terror hücumu İranın simasında xeyli suallara yol açıb: "Azərbaycanın da 1992-ci ildə qoşulduğu Vyana Konvensiyasının maddələrinə əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır. Eyni zamanda, sənədə əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Beynəlxalq konvensiyaya uyğun olaraq bu fikri qəti şəkildə qeyd edirik ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran dövləti daşıyır.
Ancaq belə görünür ki, İran məsuliyyətdən boyun qaçırmağa çalışır, terroru ailə-məişət zəminində insident kimi təqdim etməyə cəhd edir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. Reallıq budur və yayılan video görüntülərdən də aşkar görünür ki, Azərbaycan səfirliyinə hücum əvvəlcədən hazırlanan terror aktıdır”
Təşkilat sədri bildiirb ki, İranın erməni sevgisi regionda dayanıqlı sülhə, təhlükəsizliyə xidmət etmir: "Bu dövlət son vaxtlar Azərbaycanın əleyhinə iş aparır, təxribat xarakterli addımlar atır, riyakar davranış və düşmənçilik hərəkətləri nümayiş etdirir. İran rejimi istər 30 illik işğal, istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə Ermənistana hər cür dəstək göstərib və bu gün də davam edir. Tehrandakı səfirliyimizə olan dövlət terroru da İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin bir daha təsdiqidir".
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan İrandadakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşı isə yaralanıb.
Hadisədən sonra Azərbaycan diploamtları və onların ailə üzvlərini təxliyyə etməyə başlayıb.
Samir,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi