Cavid Qurbanov Elton Məmmədovun oğlunun dostunu qovdu

img

05-05-2014 [10:19]




"Azəryolservis”in rəhbəri Cavid Qurbanov Zaur Bağırovu işdən çıxarıb. Zaur Bağırovun adı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə Aynar Məmmədovun aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı.

Lakin Elton Məmmədov bildirmişdi ki, oğlunun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir.

Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov "Azəryolservis”də işləyir. Və Bağırovlar Məmmədovlarla ailəvi dostdur.

"Azadlıq”a daxil olan məlumata görə, Cavid Qurbanov bu məsələdə rəhbərlik etdiyi qurumun adının hallanmasından narahat olub. Ona görə də Zaur Bağırovun işdən çıxarılması barədə əmr imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA