Çavuşoğlu səfirliyə hücumla bağlı Bayramova zəng etdi: "Azərbaycan heç bir zaman yalnız deyil"

img

27-01-2023 [11:37]


Azərbaycanın Tehrandakı səfirliyinə xain hücuma qardaş Türkiyədən də reaksiya gəlib.

Mia.az xəbər verir ki, Türkiyə XİN başçısı Çavuşoğlu Azərbaycan XİN başçısı Ceyhun Bayramova zəng edərək, hücumu ən kəskin şəkildə qınadıqlarını bildirib.

Sosial media hesabından paylaşım da edən Çavuşoğlu yazıb: "Can Azərbaycanın Tehrandakı səfirliyinə xain  hücumu lənətləyirəm. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara şəfalar diləyirəm. Azərbaycan heç bir zaman yalnız deyil".

Lamiyə, Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR