General mərkəzin əmlakının üzərinə həbs qoydurmaq istəyir - ÖZƏL

img

05-05-2014 [09:54]



Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin əmlakının üzərinə həbs qoydurmağa çalışır. General Firudin Nəbiyevin rəhbərlik etdiyi xidmət artıq belə bir iddia ilə məhkəmədə iddia qaldırıb. 

Bu barədə Mia.az-a daxil olan məlumata görə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində reyd keçirib. Reyd zamanı mərkəzdə Azərbaycanın mövcud pasport rejiminə əmək qanunvericiliyinə əməl etməyən əcnəbi mütəxəssislər aşkarlanıb: «Bundan sonra Dövlət Miqrasiya Xidməti həm Beynəlxalq Tibb Mərkəzini, həm mütəxəssisləri cərimə edib. Lakin bununla razılaşmayan mərkəz rəhbərliyi bu müddətdə cəriməni ödəməkdən imtina edib». 

Mia.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin borcun mərkəzin əmlaklarına yönəldilməsi ilə bağlı məhkəmə iddiası da var. Artıq bu iddiaya da birinci instansiya məhkəməsində, daha dəqiqi, Nərimanov rayon Məhkəməsində baxılıb. Əmlakın üzərinə həbs qoyulması ilə bağlı iş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə icraata qəbul edilib araşdırılır: «Hakim Mədinə Bağırova Dövlət Miqrasiya Xidmətinin Azərbaycansrail Beynəlxalq Tibb Mərkəzi qarşı əmlakların üzərinə həbs qoyulması tələbindən bəhs edən şikayəti üzrə mayın 7- iclas saatı təyin edib».

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA