RUSİYA BAYDENƏ UKRAYNANI BOMBARDMANLA CAVAB VERİR: 11 şəhər raket və PUA hücumuna tutulub, xeyli ölən və yaralılar var

img

26-01-2023 [19:31]


Rusiya Ukraynanın iri şəhər və rayonlarını bombardman edir.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu gün Rusiya qısa fasilələrlə Kiyev, Jitomir, Dnepr, Zaporojye və digər 7 iri şəhərlərdəki yaşayış məntəqələrini raket atəşinə tutub. Eyni zamanda, qırıcılar və PUA-larla Ukraynaya hücumlar davam edir.

Ukrayna ordusunun Baş Qərargahının məlumatına görə, Ukrayna müdafiə sistemləri saat 18.30-dək dənzidən buraxılan 50-dən çox rus raketindən 47-ni havada zərərsizləşdirib, bundan başqa xeyli PUA sıradan çıxarılıb: "Amma itkilərimiz və dağıntları var. Ümumilikdə 11 şəhərə hücum nəticəsində azı 11 nəfər ölüb, xeyli yaralı var".

Xatırladaq ki, dünən ABŞ prezidenti Baydenin Amerika və Almaniya tanklarının Ukraynaya tədarükü barədə açıqlamasından sonra rəsmi Moskva sərt  xəbərdarlıq yayıb. Bildirilib ki, bu cür silah tədarükü savaşın uzanmasına xidmət edir və cavabsız qalmayacaq.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq