Prokurorluq "bu qız lüt şəkil və videolarla cəmiyyətin əxlaqını pozur" iddiası ilə fenomenə 3 ilədək iş istədi, ancaq... - FOTOLAR

img

26-01-2023 [18:07]


Türkiyədə adı Merve K. kimi açıqlanan şəxs sosial media fenomeni Merve Taşkından prokurorluğa şikayət edib.

Mia.az xəbər verir ki, şikayətçi Merve Taşkının sosial şəbəkə hesabında lüt foto və videolar paylaşmasına etiraz edərək, onun insanların əxlaqını pozduğunu iddia edib.

İstanbul prokurorluğu da şikayəti haqlı sayaraq, Merve Taşkını "ədəb pozğunluğu"nda ittiham edərək, işi məhkəməyə göndərib.

Bu gün İstanbul 55-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə 6 aydan 3 ilədək həbsi tələb olunan Merve Taşkın və vəkilləri müdafiə çıxışı ediblər.

Onlar Mervenin sosial şəbəkə hesabından heç vaxt tam çılpaq foto və videolar paylaşılmadığnı deyib və cinayət işinə xitam verilməsini tələb ediblər.

Müdafiəçilərin çıxışından sonra məhkəmə Merve Taşkına qarşı iddianın əsaslı olmadığına qərar verib.

Prosesdən sonra açıqlama verən vəkil Feyza Altun deyib: "Biz bəraət aldıq, müvəkkilimiz bəraət aldı. Şəxsim üçün də şadam ki, qalib  gəldik. Ümid edirəm ki, bundan sonra prokurorlarımız belə iddialar əsasında cinayət işi qaldırmayacaqlar".

Ləman,

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı