Rəsmi Moskvadan Baydenə qəzəbli mesaj: "Bu, savaşa açıq müdaxilə və döyüşə qatılmaqdır"

img

26-01-2023 [14:35]


Dünən Baydenin Ukraynaya yeni nəsil tanklarının göndəriləcəyi barədə açıqlamasından sonra bir çox ölkələrin bu kampaniyaya qoşulması rəsmi Moskvanı qəzəbləndirib.

Mia.az xəbər verir ki, Rusya siyasətçiləri və mediası yeni tank tədarükünü Qərbin savaşı qızışdrmaqla Ukrayna dövləti və xalqını uçuruma aparmaq cəhdi kimi izaha etməyə başlayıb.

Rusiya Federasiyasının Təhlükəsizlk Şurasının sədri Sergey Patruşev  isə bu faktı savaşa birbaşa müdaxilə sayıb: "Rusiya hadisələri yaxından izləyir. ABŞ və bəzi Avropa ölkərinin Ukraynaya tank daxil, digər silah tədarükünü döyüşlərə birbaşa müdaxilə şəkilində dəyərləndiririk. ABŞ və NATO Ukraynadakı savaşa qatılır və bununla müharibəni uzatmaq istiyirlər".

Xatırladaq ki, dünən ABŞ prezidenti Cozef Bayden Rusiyanın xəbərdarlığının onlar üçün əhəmiyyətsiz olduğuğunu qeyd edərək, Ukraynaya 31 ədəd  "M1 Abrams” markalı tank göndərəcəklərini açıqlayıb: "Putini yanıltmaya davam edəcəyik".

Onu da qeyd  edək ki, Almaniya, Norveç, Polşa Ukraynaya yeni tanklar, İngiltərə isə tank, top və raket kompleksləri göndərilməsinə qərar veriblər.

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı