XİN yeni portal istifadəyə verib - Əcnəbilərin viza alması üçün
25-01-2023 [18:26]
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 25-də ölkəyə səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı" istifadəyə verib.
https://www.visaapplication.mfa.gov.az/
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 1.1.-ci bəndinə uyğun olaraq yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq.
Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.
İstifadəyə verilmiş “Viza almaq üçün ərizə-anket portalı” Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.
Elektron vizaların rəsmiləşdirilməsi “ASAN Viza” sisteminin portalı vasitəsilə həyata keçirilir və Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilmiş elektron informasiya sistemindən fərqləndirilməlidir.
İlkin mərhələdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən ölkəmizin Almaniya Federativ Respublikasındakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul ediləcəkdir. Növbəti mərhələdə Azərbaycan Respublikasının digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub.
“Viza almaq üçün ərizə-anket portalı” barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi