Mikayıl Cabbarov əmr imzaladı

img

04-05-2014 [14:41]


Təhsil naziri Mikayıl Cabbarov «Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydaların təsdiqi haqqında» əmr imzalayıb.

MİA bizimyol.info-ya istinadən xəbər verir ki, qaydalara əsasən, dörd və daha artıq fəndən illik «qeyri-kafi» qiymət alan, dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən 5-8 və 9-cu sinif şagirdləri təkrar sinifdə saxlanılacaq.

Üç fəndən illik «qeyri-kafi» qiymət alan şagirdlərə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər.

Yay tapşırığının hər hansı birindən «qeyri-kafi» qiymət alan şagirdlər də sinifdə saxlanılır.

Qaydalarda həmçinin qeyd olunur ki, ikinci yarımildə bu və ya digər fəndən «qeyri-kafi» qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxət fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA