Bəxtiyar Hacıyev azadlığa buraxılmayıb

img

24-01-2023 [16:24]


Bu gün Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb/APA.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR