Ermənistanın muzdlularla gizli anlaşması... - Faktlar beynəlxalq təşkilatlara göndərilib
23-01-2023 [18:18]
Azərbaycan Ombudsmanının Ermənistan tərəfindən muzdluların cəlb olunmasını faktlar əsasında sübut edən müraciət və məlumatlar ardıcıl şəkildə beynəlxalq təşkilatlara göndərilib.
Mia.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məumat yayıb.
Bildirilib ki, Ombudsman Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr müntəzəm olaraq davam etdirilir:
"Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona Əlavə Protokollarının, Haaqa Konvensiyalarının, BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının, BMT-nin Təhlükəsizlik Şurasının 405 və 419 saylı qətnamalərinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdlular cəlb olunmaqla müharibə cinayətləri törədilmişdir.
1949-cu il Cenevrə Konvensiyalarının 1 saylı Əlavə Protokolunun 47-ci maddəsinə əsasən, muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.
Ermənistanın bilavasitə imzaladığı Beynəlxalq Ədalət Məhkəməsinin Roma Statutunun 8-bis maddəsinin gyarımbəndinə əsasən, iştirakçı dövlətin digər dövlətin ərazisinə silahlı qruplaşmalar, qeyri-müntəzəm silahlı birləşmələr və muzdlular göndərməsi həmin dövlətə qarşı təcavüz xarakterli cinayət əməlini ehtiva edir.
Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan ərazilərində törətdikləri cinayət əməllərinə görə həbs edilmiş bu qəbildən olan şəxslərin saxlandıqları müəssisələrə dəmüntəzəm olaraq baş çəkirlər. Başçəkmələrdə Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvünün də iştirakı təmin olunub.
Başçəkmələr zamanı həmin şəxslər Ombudsman Səbinə Əliyeva və MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul olunmaqla dinlənilib, onlara müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan lazımi şəraitin, tibbi-psixoloji xidmətin, ailə üzvləri ilə telefon danışığı və digər hüquqlarının təmin olunduğu, onlarla rəftara dair qanunvericiliyin tələblərinə riayət edildiyi müşahidə olunub. Qəbul edilmiş şəxslər Ermənistanın azərbaycanlılara göstərdiyi münasibətdən fərqli olaraq yaradılmış şəraitdən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, saxlandıqları müəssisədə onlara göstərilən humanist münasibətə görə təşəkkürlərini bildiriblər".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi