03-05-2014 [20:57]
Elmi-texniki tərəqqinin inkişaf sürətinə paralel olaraq, bir mənada kiçilərək böyük bir kənd, yaşama məskəni halına çevrilən günümüz dünyasında qloballaşmanın ümumbəşəri dəyərlərdə və ortaq məxrəcdə birləşmə müstəvisində həyata keçirilməsinə nail olmaq bəşəriyyət qarşısında duran ən ümdə məsələlərdəndir. Qloballaşan dünyamızda, digər bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsindəki problemlərin də insanlığın və ümumilikdə bütün varlığın ortaq mənafeyi istiqamətində həllini tapması hamımızın arzusudur.
Mia.az-a Qafqaz Universitetindən daxil olan məlumata görə, bugün dünyada qlobal ümumbəşəri problemlərdən ətraf mühitin
kirlənməsi, qlobal isinmə, atmosferin zəhərlənməsi kimi məsələlərlə yanaşı,
iqtisadiyyat sahəsində stabil inkişaf, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi,
rifah halının yaxşılaşdırılması, beynəlxalq münasibətlər çərçivəsində qlobal və
regional münaqişələrin həlli, sülhün təmini və sairə kimi problemlər də həlli
vacib olan məsələlərdəndir.Tarixən dövlətlərin və mədəniyyətlərin təşəkkül məskəni
olan Qafqaz və Mərkəzi Asiya regionu geostrateji mövqeyi, malik olduğu təbii sərvətləri
və hal-hazırdakı sürətli inkişafı baxımından dünya içtimaiyyətinin diqqətini
daha çox cəlb edir. Bu səbəbdən, qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın
yerini və rolunu elmi cəhətdən təhlil etmək xüsusi əhəmiyyət kəsb edir. Məhz
buna görə də, Qafqaz universiteti bu sahədəki ənənəsini davam etdirərək ardıcıl
şəkildə 2003, 2007 və 2010-cu illərdə bu sahədə keçirdiyi I, II və III Beynəlxalq
Konqresin davamı olaraq "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya”
mövzusunda IV Beynəlxalq Konqres təşkil etmək təşəbbüsü ilə çıxış etmişdir.
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda
IV Beynəlxalq Konqres Ümummilli Lider Heydər Əliyevin 91 illik yubleyinə həsr
olunmuşdur. Azərbaycan xalqının XX yüzilliyin ortalarından XXI əsrin əvvəllərinə
qədərki tarixi Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsiyyəti ilə, xüsusən ən
yüksək vəzifələrdə olduğu zaman öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata
keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. "Azərbaycan
dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və
sahibkarlıq yoludur" deyən Ümummilli Lider Heydər Əliyev - bütün varlığı
ilə millətinə, torpağına sadiq olan bu dahi şəxsiyyət - bir-birinə zidd iki
sistemdə fəaliyyət göstərsə də, ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində
belə doğma Azərbaycanının tərəqqisinə və xalqının maddi rifahının yüksəlməsinə
xidmət etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də "Bizim üstünlüyümüz ondan
ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı
eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq" deyərək bu siyasətin
sadiq davamçısı olduğunu nümayiş etdirmişdir. Ümummilli lider Heydər Əliyevin
peşəkarlıq irsinə, müstəqillik və dövlətçilik amallarına sonsuz sədaqət, onun
tövsiyələrini rəhbər tutmaq, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx
birləşərək Azərbaycanın qüdrətlənməsi naminə çalışmaq milli maraqlara xidmət
etmək deməkdir. Bu konqres də məhz bu istiqamətdəki xidmətdə rol almaq, elmi
ictimaiyyət olaraq bu prosesə töhfə vermək məqsədi daşıyır.
Konqres, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat
İnistitu, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutu, TUSİAB iş adamları cəmiyyəti və Qafqaz
Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.Kongresə 350-yə yaxın tezis
və məqalə təqdim olunmuş, elmi heyət tərəfindən bunlardan 150-yə yaxını tam mətin-məqalə
kimi qəbul edilmiş və çap olunmuşdur. Onu da qeyd edək ki, məqalələrin təxminən
yarısı 19 xarici ölkə alimləri tərəfindən təqdim olunmuşdur.
Konqresin açılış mərasimi
Qafqaz Universitetinin Akt zalında (Rektorluq binası) keçirilib. Onu da qeyd edəkki konqresdən bir
gün öncə 19
xarici ölkə alimlərinin iştirak edəcəyi konqres iştirakçıları ümummilli lider
Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoymuş, onların
xatirəsini böyük ehtiramla yad etmişlər.
Açılış mərasimində Qafqaz universitetinin rektoru professor
Ahmet Saniç konqres iştirakçılarını
salamlayaraq onlara uğurlar arzulayıb. Çıxış edən Bakı Dövlət universitetinin rektoru professor
Abel Məhərrəmov İqtisad universitetinin prorektoru professor Əvəz Bayramov
çıxışlarında Umum milli liderimiz Heydər Əliyevin 91 illik yubleyinə həsr
olunmuş konfransın mahiyyətindən , əhəmiyyətindən danışaraq təkliflər vemişlər
və konfransın təşkili üçün Qafqaz universitetinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Fatih Universitetinin rektoru professor Şerif Ali Tekalan
çıxışında Azərbaycana ilk gəlişindən bu
günə kimi ölkədəki inkişafdan geniş danışıb.
Açılış mərasimindən sonra konqres plenar çıxış və müzakirələrlə
öz işini davam etdirir. İlk gün prof. dr. Peter Kovac, prof. İrina Vladimirovna
Zeleneva, prof. dr. Jeff Mankoff, prof. dr. Vilayət Vəliyev və başqalarının
çıxışları dinlənilib və müzakirələr aparılır.
Kongresin ikinci günü də Qafqaz Universitetinin ikinci tədris binasında ilk öncə plenar müzakirələr
keçiriləcək, sonra kongres öz işini aidiyyatı üzrə seksiyalarda davam etdirəcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi