Rəsmi Bakı: "Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa çağırırıq"
19-01-2023 [17:23]
"19 yanvar tarixində İslandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Tordis Kolbrun Reykfyörd Gilfaddottirin (Thórdís Kolbrún Reykfjörd Gylfadóttir) Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı yerdəki reallıqları əks etdirməyən bəyanatı təəssüf doğurur".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Nazirlər Komitəsinin sədrinin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatına dair şərhində qeyd olunub.
Bildirilib ki, Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara bu cür münasibət anlaşılan deyil. Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar Azərbaycan vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı gərginliyin artmasına gətirib çıxarır:
"Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatlarında da qeyd edildiyi kimi, guya Laçın yolunun “bağlanması”, bölgədə “humanitar fəlakət” yarandığı barədə iddialar əsassızdır. Ötən müddət ərzində Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarının, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi bir daha sübut edir ki, yol bağlı deyil. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə mövcud deyildir. Həmçinin dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan hökuməti erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır. Özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin erməni sakinlərin yoldan istifadəsinə mane olmaqla süni şəkildə humanitar böhran yaratmaq cəhdləri barədə də danılmaz faktlar mövcuddur.
Avropa Şurası Nazirlər Komitəsinin sədri tərəfindən öz evlərindən köçkün düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə, beynəlxalq humanitar hüququ açıq şəkildə pozan Ermənistanın hərbi cinayətlərinə, Vətən müharibəsindən sonra 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən və Laçın yolundan sui-istifadə ilə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minalar yerləşdirməklə davam edən mina təhdidlərinə və digər qanunsuz fəaliyyətlərinə bu günə kimi münasibət bildirilməməsi də sual doğurur. Bu növbəti dəfə ikili standart və selektiv yanaşmanın göstəricisidir.
Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi