Jurnalistin həyat yoldaşının ölümündə günahkar kimdir? - Nazirlikdən yeni xəbər

img

03-05-2014 [13:32]


"Elnarə Tofiqqızının ölümündə həkimlər günahkardır”.

Bunu Aktual.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli həkim səhlənkarlığı nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızı barədə danışarkən deyib.Onun sözlərinə görə, həmin əməliyyatda narkoza ehtiyac olmayıb: "Amma həkimlərin qeyri-peşəkarlığı nəticəsində Elnarə Tofiqqızı həyatını itirib”.

Anar Qədirli həmçinin deyib ki, tibbi ekspertiza bu barədə qərar verib, amma verilən qərar Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevi qane etmədiyindən bununla bağlı yenidən ekspertiza keçirilməsi üçün müraciət olunub: "Onu da qeyd edim ki, bizim tibbi ekspertiza orda həkimin günahı olduğunu təsdiqləyib”.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA