Lavrov kimi aldadır? - Elxan Şahinoğlundan təhlil
18-01-2023 [16:46]
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən, həmçinin, Laçın yolu ilə bağlı qeyri-müəyyən vəziyyətdən söz açıb.
Mia.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Lavrovun "çoxbaşlı" açıqlamalarını təhlil edib:
***
Rusiya xarici işlər naziri Sergey Lavrov “balans” naminə həm Azərbaycana, həm də Ermənistana daş atıb.
Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı mətbuat konfransında deyib ki, Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Yəni sözlərindən belə çıxır ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi yoxdur. Lavrov azərbaycanlıların məlumatı əsasında ermənilərin bu yoldan minalar keçirməsiylə bağlı narazılığını bu şəkildə yekunlaşdırıb: “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”.
Bu, adam dolamaqdır. Sizə bu məlumat aksiyadan aylar əvvəl ötürülüb və Siz yoldan silahın, sursatın və minaların keçirilməsinə seyrçi qalmısız. İndi üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov deyir ki, “məsələni araşdıracaqlar”.
Minalar keçirilib, müxtəlif istiqamətlərdə basdırılıb, müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımız həlak olub və bu faciələrə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti olub. Bundan sonra Rusiya hərbi kontingenti “araşdırma” nəticəsində öz paxırını açarmı?
Sergey Lavrov Ermənistana da daş atıb. O deyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi yerinə yetirmək əvəzinə Avropa İttifaqının missiyasına üstünlük verib. Lavrov bu mövzuda fikirlərini belə yekunlaşdırıb: “Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”.
Lavrov bu məsələdə haqlıdır. Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq, əksinə Brüssel iki mənfi nəticə ilə üzləşəcək. Birincisi, rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq. İkincisi, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi uzanacaq ki, bu da əslində Avropa İttifaqının maraqlarına cavab verməməlidir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi