Müdafiə Nazirliyində döyülən və bundan sonra qaçan general kimdir? - İddia

img

02-05-2014 [19:54]


Hərbi Dəniz Qüvvələrin həbsdəki vitse-admiralı Şahin Sultanovun müdafiəsinə həsr olunan mətbuat konfransında hərbi ekspert Üzeyir Cəfərov maraqlı fakt açıqlayıb.

Ü.Cəfərov Zakir Həsənova qədər Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi vəzifəsini icra edən general-mayor Məmməd Beydullayevin hazırda Müdafiə Nazirliyində yüksək post tutan generallardan birini döydüyünü açıqlayıb: "Həmin general bundan sonra Rusiyaya qaçıb. Dediklərimi araşdırmaq istəyənlər Dövlət Sərhəd Xidmətinə sorğu verib həmin generalın kimliyini öyrənə bilərlər”. 

Ü.Cəfərov Müdafiə Nazirliyində Rusiyaya məlumat ötürən generalların varlığını, bundan hər kəsin xəbərdar olduğunu da açıqlayıb. Deyib ki, kimsə bu məsələləri araşdırmaq istəmir. 

Qeyd edək ki, Z.Həsənov müdafiə naziri təyin olunandan sonra istefaya göndərdiyi generallar içərisində M.Beydullayev də olub. Beydullayevin eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyevin yaxın kadrlarından olub.

Ü.Cəfərov bir qədər əvvəl Ş.Sultanovla yanaşı, Müdafiə Nazirliyinin rəhbərliyində həbs edilməli vəzifəlilərin oduğunu deyib: "Mən inanmaq istərdim ki, bu araşdırma aparılacaq. Burada təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslər də var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Bu o şəxslərdir ki, zamanında Hərbi Dəniz Qüvvələrində yoxlamalar aparıblar, hər şeyin normal olması haqda raport yazıblar. Bunların arasında generallar və digər şəxslər var. İnanıram ki, onların hər biri istintaqa cəlb olunacaqlar. Çünki bu elə bir məsələdir ki, burada ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məqamlar yer alıb. Yəni bu məsələdə saxtakarlıq edən şəxs general rütbəsindən və digər imtiyazlardan məhrum edilməlidir. Bu məsələ ilə bağlı bir neçə vəzifəli şəxs dindirilib. Onların hərəkətlərinin hansı hüquqi məsuliyyət doğurduğu öz həllini tapacaq. Ancaq məndə olan səhih məlumat ondan ibarətdir ki, o vəzifəlilərdən biri - general Beydullayev artıq istintaqa cəlb olunub”.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA