Keçmiş mətbuat katibinə yeni vəzifə verildi

img

13-01-2023 [16:16]


Respublika Klinik Xəstəxanasında yeni mətbuat katibi - direktor köməkçisi təyinatı olub.

Mia.az xəbər verir ki, təxminın 15 gün əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsindən adıçəkilən xəstəxananın direktoru vəzifəsinə təyin olunan Elviz Qasımov əvvəlki iş yerində mətbuat katibi olan Günay Quluzadəyə bu dəfə etimad göstərib.

O, Günay Quluzadəni özünə media üzrə köməkçi vəzifəsinə təyin edib.

Qeyd edək ki, ötən həftə Günay Quluzadə bu təyinat xəbərini Mia.az-a təkzib etsə də, dünən artıq onun barədə rəsmi əmr verilib.

Xatırladaq ki, Günay Quluzadə dekabrın 27-də TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mətbuat katibi vəzifəsindən ayrıldığını başqa işə keçidi ilə əlaqləndirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR