YAP funksioneri: "Bu, Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir”
13-01-2023 [13:43]
"Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurların, eyni zamanda, qarşıda dayanan hədəflərin təqdimatıdır".
Bunu Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, İlham Əliyevin sözügedən müsahibəsində bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi: "Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Son iki il ərzində Azərbaycan həm beynəlxalq əlaqələr müstəvisində, həm də ölkə daxilində istədiyinə nail ola bilib.
Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əsas amildir. Ötən il ölkəmizin neft-qaz sektorunda, həmçinin qeyri-neft sektoru sahəsində uğurları davamlılığı ilə diqqət çəkdi. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmiz neft, qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycan zəngin bərpaolunan enerji potensialına malikdir. Bu statistik rəqəmi bir daha qeyd etmək istərdik ki, azad olunmuş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var".
YAP funksionerinin sözlərinə görə, ölkəmizin iqtisadi imkanlarının artması beynəlxalq münasibətlər sistemində yerinin və rolunun yüksəlməsi ilə müşayiət olunur: "Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi də dünya birliyində nüfuzunu artırır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, Azərbaycan bu Qələbəni nəyin bahasına əldə etdi, hansı risklərə getdi, hansı qüvvələrlə mübarizə apardı və bu gün də aparır. Müharibə bitsə də mübarizə hələ davam edir. Azərbaycanın haqlı mövqeyi, hərbi, siyasi gücü, iqtisadi müstəqilliyi bu mübarizədə də qalib gələcəyinə böyük əminlik yaradır.”
Vüqar Rəhimzadə bildirib ki, İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət çəkdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir:
"O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir".
YAP Xətai rayon təşkilatının sədrinin sözləriə görə, dövlət başçısı İlham Əliyevin bəhs etdiyimiz müsahibəsində biri-birindən mühüm məqamlar, çağırışlar, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar əksini tapıb ki, onların fonunda qalib Azərbaycanın bu gün dünya birliyində hansı mövqeyə malik olduğunun aydın mənzərəsini görməklə yanaşı, beynəlxalq ictimaiyyətin də bu reallıqları qəbul etməsindən böyük qürur hissi keçiririk: “Tarixi Zəfərimizdən sonra 30 illik işğal dövründə soydaşlarımızın, doğma ərazilərimizin, köçkün vətəndaşlarımızın yaşadıqları faciələrə, çətinliklərə, sözlə ifadə edilməsi mümkün olmayan acılara baxmayaraq Ermənistana təklif edilən sülh müqaviləsindən, işğalçı dövlətin iki ildən artıqdır bu sənədin imzalanması prosesinin uzanmasında maraqlı olmasından ətraflı danışan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sonda bu mesajı bir daha qarşı tərəfə çatdırdı: “Lakin bu, masa üzərində bir müddət olacaq.”
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırdı: “Ölkə Prezidenti bildirdi ki, xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.
Dövlətimizin siyasəti həmişə əməkdaşlığa hesablanıb. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycanın həm Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri qəbul etdilər, həm də tərəfdaşlıqda ölkəmizin sözlə əməl birliyini əsas götürməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında ədaləti, beynəlxalq hüququ önə çəkməklə yanaşı, yalnız özünü deyil, digər ölkələri də düşünərək birgə səylərin göstərilməsinə çağırışlar edir. Azərbaycan birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması ilə bağlı təklifi də mühüm məqamlara işıq salır. Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası ilə bağlı işğalçı Ermənistana sanksiyaların tətbiqini gözlədi. Amma təəssüf ki, bu qətnamələr 30 il kağız üzərində qalaraq saraldı. Lakin elə vaxtlar da oldu ki, Azərbaycan bu tipli qətnamələrin 1-2 saat ərzində icrasının şahidi oldu. BMT qətnamələrinin icrası üçün vahid mexanizmin olmaması, onların zamana və məkana görə tətbiqi birmənalı qarşılana bilməz. BMT Təhlükəsizlik Şurasının üzvlərindən üçü, eyni zamanda, artıq arxivə atılmış, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləridir. 30 illik işğal dövrünün reallıqları dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı vəziyyətin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, BMT-yə bizim münasibətimiz indi bəllidir: “Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır.”
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, bütün hallarda Azərbaycan ədalətin, beynəlxalq hüququn yanındadır: “Ölkəmiz ədaləti bərpa etmək üçün uğurlu siyasət həyata keçirir. Qərbi Azərbaycana qayıdacağımızla bağlı çağırışlar da özündə tarixi ədaləti ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi