Milli Məclisdə qalmaqal, deputatla vitse-spiker "atışdı"

img

02-05-2014 [13:57]


Milli Məclisin bu gün keçirilən iclasında növbəti qalmaqal yaşanıb. Qalmaqal millət vəkili Fərəc Quliyevlə birinci vitse-spiker Ziyafət Əsəgərov arasında baş verib. Buna səbəb cari məsələlərin müzakirəsi zamanı spiker O. Əsədovun millət vəkilinə çıxış etmək üçün imkan yaratmaması olub. Millət vəkili də öz növbəsində cari məsələlərin müzakirəsindən sonra gündəlikdə olan qanun layihələrinin birinin müzakirəsində söz alıb və parlament rəhbərliyinə öz iradını bildirib: "Bura notariat kontoru deyil. Hər kəsin çıxış etmək haqqı var”.

Bu zaman millət vəkilinin çıxışı Z. Əsgərov tərəfindən yarımçıq kəsilib və deputatdan aidiyyəti üzrə danışmaq tələb olunub. Bu isə millət vəkilinin kəskin reaksiyasına səbəb olub: "Ziyafət müəllim, burada hər kəsin öz fikrini bildirmək haqqı var. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz”(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA