İlham Əliyevdən Ziya Məmmədova etiraz: "Yaxşı ki, mən gəldim..."

img

02-05-2014 [10:01]



Prezident İlham Əliyev ağac kəsiminə növbəti dəfə etiraz edib.

Belə ki, nəqliyyat naziri Ziya Məmmədov Prezidentə dünənki Ağdaş səfəri zamanı Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edərkən maraqlı anlar yaşanıb.

Mia.az xəbər verir ki,  Ziya Məmmədov prezident İlham Əliyev 28 kilometr uzunluğunda yolun yenidən qurulacağını və bu zaman yolun həm də dördzolaqlı olacağını bildirib. Lakin İlham Əliyev buna etiraz edib: "Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA