01-05-2014 [20:55]
Hakimiyyətdaxili qruplaşmalar arasında gedən çəkişmələr və iki ağır ranqlı oliqarxın - Ziya Məmmədov və Kəmaləddin Heydərovun bir-birinə açıq savaş açması son iki ayda medianın gündəmindən düşmür.
Artıq hakmiyyətin yuxarı eşalonunda da bu iki böyük oliqarxın bir-birinə savaş açması müzakirə obyektidir. Mediada yer alan şantaj xarakterli yazılar da məhz bu savaşın açıq və kəskin xarakter almasından qaynaqlanır.
Görünən odur ki, bu savaşda hələlik ağır itkilər verən nəqliyyat naziri Ziya Məmmədovdur. Onun rəqibinə qarşı apardığı savaş müqayisədə çox zəif və primitiv görünür. Səbəb isə bəllidir: bir-iki saytı nəzərə almasaq, Məmmədovların əlində irihəcmli media qurumları yoxdur. Yaxın vaxtlara qədər Ziya Məmmədova media qurumları yaratmaq imkanı verilmədiyindən nəqliyyat şefinin bu sahədə təcrübəsizliyi ilk gündən özünü göstərdi. Bundan başqa Ziya Məmmədov mediaya qarşı həmişə aqressiv münasibət sərgiləyib. Onunla müqayisədə Kəmaləddin Heydərov bütün kompromat savaşlarında təcrübə görmüş məmurdur. Bundan başqa, Heydərov hakimiyyətdə təmsil olunan "Naxçıvan klan"ında nüfuzlu söz sahiblərindəndir. Ancaq bu savaşı klanlararası savaş kimi qiymətləndirməyənlər də var.
Əksər ekspertlər və siyasi təcrübəsi olan şəxslər iki nazirin bir-birinə savaşını məhz şəxsi kontekstdən qaynaqlandığını iddia edirlər. Əlindəki maddi resursları daha ağıllı şəkildə istifadə edən Heydərovlar Məmmədovlardan fərqli olaraq bu savaşı öz nəzarətində olan saytlarda deyil, nisbətən müstəqil və müxalif görünən saytlar və qəzetlər vasitəsi ilə həyata keçirirlər. Düzdür, ilk günlərdə Heydərov öz nəzarətində olan saytlardan da istifadə etdi. Amma bu, yuxarı dairələrdə ciddi narazılıq doğurdu. Ona görə də Heydərov başqa bir varianta əl atdı. Bununla da Məmmədovlara qarşı ortaya atdığı faktlar və kompromatların daha ciddi və inandırıcı görünməsini təmin etdi. Amma artıq ox yayından çıxmışdı.
Savaş necə başlandı?
Mart ayında ölkənin tanınmış informasiya agentliklərindən olan "Turan" İnformasiya Agentliyində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkətlərin və onun nəzarət etdiyi qurumların bir hissəsinin siyahısı yayıldı. Bu agentliyin nəzdindəki contact.az saytının Kəmaləddin Heydərova bağlı 235 şirkət və qurumun adını yayması qarşı tərəfdə böyük ajiotaj yaratdı. Bununla da oliqarxlar arasında gedən gizli savaş açıq müstəviyə keçdi. Çünki qarşı tərəf bu məlumatların məhz Məmmədovların vasitəsi ilə mediaya sızdırıldığını düşünürdü. Buna qədər isə Heydərovun kurasiyasında olan Qəbələ rayonunda Anar Məmmədovun "1 milyona ayı kəsdirməsi” xəbərinin dövriyyəyə buraxılması böyük nifaq toxumu səpmışdi.
Böyük ehtimalla bu informasiyanı "yaradan” qarşı tərəf idi, məqsəd isə onsuz da adı qalmaqallardan əskik olmayan Anar Məmmədovun reputasiyasını həlledici şəkildə korlamaq idi. Uzun və qalmaqallı məhkəmə çəkişməsindən sonra informasiyanı yayan "Azadlıq" qəzeti təkzib versə də, ictimai rəydə hələ də bu informasiyanın izləri qalmaqdadır. Bununla belə, Məmmədovlar müvəqqəti də olsa, "qalib" təkəbbürü nümayiş etdirməyə çalışdılar.Amma çox çəkmədi ki, "əsdi xəzan yelləri..."
Əslində, bu savaş "atalar"la "oğullar"ın nüfuz savaşı idi.
Ziya Məmmədov harada uduzdu?
Yuxarıda qeyd etdiyimiz kimi, media sahəsindəki təcrübəsizliyi Ziya Məmmədovu ağır zərbə altında qoydu. Çünki o, rəqibinə məhz öz nəzarətində olan saytlarda savaş açmışdı. Bu da Heydərova əsas verirdi ki, nəqliyyat şefinin bu addımını hakmiyyətdaxili parçalanma kimi təqdim edə bilsin. Ölkə başçısı İlham Əliyevin sərnişindaşımanı Nəqliyyat Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə verməsi isə Heydərovların qələbəsi idi - ən azından Heydərov komandası belə düşünürdü. Bu da yeni savaşa yol açdı: kin və qərəz savaşı...
Bundan əlavə, Heydərov rəqibi ilə bağlı kifayət qədər kompromat toplaya bilmişdi. Ziya Məmmədova yaxın media orqanlarında "Kəmaləddin Heydərov özünü prezidentin ailəsinə bərabər tutur" tipli şantaj yazıların getməsi artıq savaşı yeni məcraya yönəltdi. Çox keçmədən mediada eyni səpkidə cavab atəşi açıldı: "Ziya Məmmədovun oğlu prezidentə qarşı necə fəaliyyət göstərir?"
Daha sonra Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun "avtoşluq" etməsi və xaricdən bahalı maşınlar gətirməsi ilə bağlı materialların da ortaya çıxması təsadüfi deyildi. Bu kadrların necə lentə alınması barədə də artıq mediada kifayət qədər məlumatlar yayılıb. Videogörüntülərin mediaya sızdırılmasından sonra Məmmədovların bu səhvi "təlafi" etməsi isə "Sizifin dağa daş qaldırması" kimi bir şey idi. Çünki media Məmmədovları məğlubiyyətə yuvarlatmışdı və məsələ ictimai rəydə də böyük rezonans doğurmuşdu. Əslində, Ziya Məmmədov bu məğlubiyyətin nə qədər ağır olacağını əvvəlcədən hiss edirdi, amma indinin özündə də bununla barışmaq istəmir və rəqibini vurmaq üçün növbəti kompromat savaşına hazırlaşır.
Kəmaləddin Heydərov da itirdi...
Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin açıqlaması da bu savaşın buraxdığı ağır yaraların təzahürü idi. Əliyev açıqlamasında bildirdi ki, Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır: "Gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik. Belə hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır”.
Bəli, bu mesaj Heydərovun da vəziyyətinin yaxşı olmadığından xəbər verir. Uzun illərdir ki, mediada Heydərovun ən yaxın adamı - Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun "Gömrükkom"a rəhbər gəlmək iddiaları haqqında xəbərlər dolaşır. Ancaq Aydin Əliyev bu sahə üzrə peşəkar kadr, bu sistemdə çalışan tək-tük savadlı şəxslərdən biri olduğundan və ona ehtiyac duyulduğundan Novruzovun "yuxuları” çin olmur. Görünür, gömrüyün bütün qeyri-rəsmi maliyyə kanalları Novruzovun nəzarətində olsa da, o, daha çoxuna iddialıdır. Amma Aydın Əliyev Gömrükdə əsas gəlir mənbələrindən biri olan yükdaşımalarının Azərbaycan Prezidentinin nəzarətində olan ASAN Xidmətə verməyi təklif etməklə, özünü və qurumu Heydərovların nəzarətindən xilas etməyə çalışır. Bir sözlə, qurum ASANlaşır. Nə demək olar, ağıllı gedişdir...
Bundan başqa, bir müddət öncə tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun gömrük sistemində milyardlarla vəsaitin yoxa çıxması ilə bağlı verdiyi ismarıc bu sistemdə yoxlamaların başlanmasına əsas verdi. Artıq yoxlamaların getdiyini və böyük maliyyə yeyintilərinin olduğunu deyən mənbə iddia edir ki, ilin sonuna kimi Heydərovu da maraqlı "sürprizlər” gözləyir...
İlham Əliyevin sonuncu xəbərdarlığı...
Bu gün bir çoxlarını maraqlandıran bir sual var: Savaş necə bitəcək?
Ölkə başçısının son müşavirədə medianı izlədiyini deməsi və məmurlara xəbərdarlıq etməsi çox ciddi nüans idi. Əslində, Prezident məmurlara açıq şəkildə mesaj verdi ki, hər şeydən xəbərim var. Bu da tərəfləri ciddi şəkildə narahat etməyə başladı. Ona görə də mediaya daha çox kompromat ötürməyə və bir-birlərini gözdən salmağa çalışırlar. Ekspertlər isə hesab edir ki, İlham Əliyev 2015-ci ilə yeni komanda ilə gedəcək. Bu komandada Ziya Məmmədovun və Kəmaləddin Heydərovun təmsil olunub-olunmaması sual altındadır. Çünki oliqarxların savaşı artıq nəzarətdən çıxmağa və hakimiyyətin vahid, monolit komanda olması ilə bağlı fikirlərə şübhələr oyatmağa başlayır.
Bu da iqtidarı düşünməyə vadar edir. Əlimizdə olan bilgilərin təhlili göstərir ki, ilin sonuna qədər hər iki tərəfi hələ çox "sürprizlər” gözləyir.
Kimin kimi "yeməsinə” gəlincə, buna hələ çox var. Buna qədər tərəflər hələ öz "dişlərini” qorumağı bacarmalıdır. Bacaracaqlarmı?
Qaynar.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi