"Azərbaycan" qəzetində qalmaqal: işçi xəstəxanalıq oldu - Sadıqovla müavininə ağır ittihamlar irəli sürüldü (Yenilənib)
06-01-2023 [12:12]
"Azərbaycan" qəzetində daha bir qalmaqal baş verib.
Mia.az Tezadlar.az-a istinadla xəbər verir ki, qəzetin əməkdaşı Aygül Bağırova onu işdən çıxarma ilə hədələyən, onunla «yad qonaq» kimi davranan millət vəkili, qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdan Prezidentə şikayət edib:
"Cənab Prezident! Bəxtiyar Sadıqov mənimlə 6 aylıq əmək müqaviləsi bağlayıb. Lakin bu günədək əmək müqaviləsinin nüsxəsini mənə təqdim etmir. Hər gün məni işdən çıxarmaqla hədələyir. Hələ də kabinetlərdə Ramiz Mehdiyevin portretini gəzdirən Bəxtiyar Sadıqovun redaksiyasında baş verənlərin canlı şahidi olduğumdan məni gözümçıxdıya salıblar. Hər gün işə gələndə mənə ərizə yazıb işdən getməyimi deyirlər. B.Sadıqovun müavini olan İxtiyar Hüseynlinin məndən aldığı pulun qəbzini də Sizə təqdim edəcəyəm. O, mənim indiyədək təqdim etdiyim çoxsaylı məqalələrimin heç birini çapa vermir, nə istədiyini hələ də bilmirəm. Bu gün isə məni elə əsəbi vəziyyətə saldılar ki, təcili yardım çağırtdırmışam. Bu insanlar mənim həyatımla oynayırlar.
Cənab Prezident! Xahiş edirəm, kömək edin. Deputat Bəxtiyar Sadıqovun rəsmi qəzeti nə hala gətirdiyinin qarşısını almaqda biz vicdanlı jurnalistlərə kömək edin. O, mənim Mehriban xanım Əliyeva haqqında yazdığım sonuncu kitabımın intriqasını aparır. Artıq bıçaq boğaza dirənib…".
***
Azərbaycan Nəşriyyatının binasına təcili yardım maşının gəlməsi buradakı redaksiyaların diqqətini cəlb edib.
Belə ki, “Azərbaycan” qəzetində daha bir qalmaqal yaşanıb. Qəzetin əməkdaşı Aygül Bağırovanın səbəbsiz işdən xaric edilməsi xanımın halını pisləşdirib və həkim müdaxiləsinə ehtiyac yaranıb.
Jurnalistlə əlaqə yaratdıqda o, bizə məlumat verib ki, “Bəxtiyar Sadıqovdan soruşun ki, niyə əmək müqaviləsi verilməyib?”.
Bəxtiyar Sadıqova yönələn jurnalist ittihamlarının nə dərəcədə dürüst olmasını aydınlaşdırmaq üçün nəşriyyatın ikinci mərtəbəsinə düşdüm. Təsadüfən dəhlizdəcə rastlaşdıq. Düzü, Lider TV-də çalışdığım zamanlar aparıcılıq etdiyim proqramlarda qonaq, yaxud hazırladığım reportajlarda müsahib olduğu üçün gülərüzlə salamlaşdıq. Elə ki, sual və hazırda çalışdığım KONKRET.az-ın adını eşitdi, açıqlamasını qeyd etmək istədiyim telefonu söndürməyimi tələb etdi. Ardınca uca səslə, sanki məktəb direktoru dərs saatında koridorda tutduğu şagirdi danlayırmış kimi mühakiməli suallara başladı:
– Mən həkiməm?
– Əmək müqaviləsindən xəbərin var?
– Sən düz yolda deyilsən!
– Təəssüf edirəm…
Bəxtiyarla müsahibədən məmnun qalmadığım, bəxtiyar olmadığım üçün üzümü çevirib “mən də təəssüf edirəm”, – deyə redaksiyaya yollandım.
Aygül Bağırova yaşadığı stresdən dolayı hazırda xəstəxanadadır/Konkret.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi