Atəş açacaq jurnalistlər - KOMANDALAR

img

01-05-2014 [17:50]



Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atıcılıq turnirində KİV komandalarının mübarizə aparacaqları qruplar bəlli olub.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Dövlət Xidmətinin keçirdiyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turniri may ayının 3-də saat 10:00-da "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında start götürəcək.

Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə biləcəklər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri SHXÇDX-nin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Artıq yarışa qoşulan KİV komandaları arasında püşkatma da keçirilib. Püşkatmanın nəticələrinə görə, turnirdə iştirak edən komandalar aşağıdakı qruplarda yarışacaqlar:

I qrup
Trend BİA
Müstəqil İA
QHT xəbər

II qrup
Lider TV
"Palitra" qəzeti
"Reytinq" qəzeti

III qrup
Publika.az
"Olimpə doğru" jurnalı
"Kaspi" qəzeti

IV qrup
"Olaylar" qəzeti
"Xalq Cəbhəsi" qəzeti
AzərTAc

V qrup
Oxu.az
Axar.az
"Olimpiya dünyası" qəzeti
"Mövqe" qəzeti

VI qrup
Vision TV
APA
İnterpress.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA