Nazir: “Bizim üçün çətin il olacaq”
05-01-2023 [13:36]
“Bizim üçün çətin il olacaq”.
Mia.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Birlikdə üzək” adlı üzgüçülük yarışının qaliblərinin mükafatlandırma mərasimində deyib.
Nazir bildirib ki, bu, yeni ildə keçirilən ilk tədbirdir: “Yarış əslində dekabrda keçirilib. Sadəcə, bu gün mükafatlandırma mərasimi oldu. Yarış ölkənin 30 hovuzunda baş tutdu. Bakı ilə yanaşı, digər regionlarda da qaliblərin olması xoş haldır. 9 yaşdan 76 yaşlı idmançıya qədər 1000-dən çox qadın və kişilər bu turnirdə iştirak etdilər. Yeni ilə xoş medallarla başlayırıq”.
Gənclər və idman naziri üzgüçülüyün önəmindən bəhs edib: “Cənab Prezidentin bu sahədə tapşırıqları var idi. Düşünürəm ki, ötən il onun tapşırıqlarını yerinə yetirə bildik. Qış mövsümündə regionlarımızdakı Olimpiya Komplekslərində hovuzlar işləməyə başladı. Bunun nəticəsini artıq görürük. İlk dəfə belə bir yarış keçirdik. Düşünürəm ki, bu, ənənəvi hal alacaq. Müxtəlif fikirlərimiz var. Alındıqdan sonra onları da elan edəcəyik. Bu istiqamətdə işlərimizin davamı olacaq”.
F. Qayıbov 2023-cü ildə bir sıra idman layihələrinin olacağını sözlərinə əlavə edib: “Layihələrimiz çoxdur. Ötən ildən qalan layihələrimiz də var ki, onları yanvarda keçirəcəyik. Ümumiyyətlə, ilboyu müxtəlif tədbirlərimiz olacaq. Bu il Azərbaycan bir çox irimiqyaslı yarışlara ev sahibliyi edəcək. Dünya və Avropa çempionatları, “Formula 1” üzrə Azərbaycan Qran-prisi olacaq. 2024-cü ildə Parisdə Yaya Olimpiya Oyunları təşkil ediləcək. İdmançılarımız olimpiadaya hazırlaşmalıdırlar. Çox da asan il olmayacaq. Buna görə də bütün idmançılarımıza can sağlığı arzu edirəm, zədələrdən uzaq olsunlar”.
O, İslam Həmrəyliyi Oyunlarındakı işçi qrupunun iyunun 21-də Polşada start götürəcək Avropa Oyunlarında da fəaliyyət göstərəcəyini vurğulayıb: “İşçi qrupumuz var, İslam Həmrəyliyi Oyunlarındakı təşkilatçılarla indikilər, demək olar ki, eyni adamlardır. Medianın da Avropa Oyunlarında fəal iştirakına çalışacağıq. Təəssüf ki, bəzi idman növləri Avropa Oyunlarında olmayacaq. Əvəzində yeni idman növləri var. Polşadakı yarışda hansı heyətlə iştirak edəcəyimiz yəqin ki, 1-2 aydan sonra bilinəcək. İndi nəsə demək üçün tezdir. Həmin ərəfələrdə Avropa çempionatları olacaq. Bu üzdən müxtəlif növlərdə əsas heyət üzvlərinin iştirak edib-etməyəcəyinə baxacağıq”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi