«Azərsu»da maaş böhranı yarandı

img

01-05-2014 [17:07]



 «Azərsu» AS- maaş böhranı yaranıb. Qurumun tabeliyində olan Bakı Birləşmiş Sukanal İdarəsinin tabeliyində olan sıravi rəhbər heyət hələ mart ayının maaşını ala bilməyiblər.

 Bu xəbər Mia.az-a Bakının Nərimanov Sukanal İdarəsindən daxil olub. Məlumatda bildirilir ki, maaşların gecikməsini rəhbərlik izah edə bilmir: «Sadəcə deyirlər ki, problem «Azərsu» ASC-dən qaynaqlanır».

 Məsələ ilə bağlı ASC-dən münasibət öyrənə bilmədik.

 Onu da qeyd edək ki, sözügedən ASC-nin sədri Qorxmaz Hüseynovun adı nurçu məmurlarla birgə hallanıb. Onun yaxın günlərdə vəzifəsindən azad olunacağı haqda da şayiələr dolaşır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA