Təhsil Naziri prezidentin QHT-lərlə bağlı işinə süni əngəl yaradır

img

01-05-2014 [16:57]


Milli Mədəniyyətin Təbliği” ictimai birliyinin sədri, doktor Jalə Cəfərova Birlik.az saytına zəng edərək Təhsil Nazirinin Ölkə Prezidenti İlham Əliyevin QHT-lərlə bağlı işinə süni əngəl yaratdığını bildirdi :

"Milli Mədəniyyətin Təbliği” ictimai birliyi "Orta məktəb şagirdləri arasında zərərli vərdişlər əleyhinə müsabiqənin təşkili” layihəsinin icrasına başlayıb. Layihəmizin icrasında bir sıra problemlərlə qarşılaşmışıq. Belə ki Prezident Administrasiyasından bizə məlumat verdilər ki, layihə haqda mütləq Təhsil Nazirliyini xəbərdar etməlisiniz. Nazirliyə aprelin birinci ongünlüyündə ünvanlanan məktuba müəyyən təzyiqlərdən sonra aprelin 29-u cavab gəlib. Məktub nazirliyin əməkdaşı Mətin Eynullayev tərəfindən göndərilib. Məktubda bildirilir ki, sizin müraciətiniz nazirliyə gec daxil olduğu üçün hal-hazırda layihənizin həyata keçirilməsi imkan xaricindədir. Birinci onu qeyd edim ki, mən başa düşə bilmirəm ki, nazirlik 25 gün ərzində mənə niyə cavab verməyib?! İkincisi, Təhsil Nazirliyi layihənin fəaliyyət proqramı hazır ola-ola, onun icrasına niyə süni əngəl yaradır?! Sonda onu qeyd edim ki, bu proseslər sadəcə olaraq süründürməçilik, kadr siyasətinin düzgün qurulmaması, təhsil nazirinin yarıtmaz işidir”

Qeyd edək ki,"Milli Mədəniyyətin Təbliği” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Orta məktəb şagirdləri arasında zərərli vərdişlər əleyhinə müsabiqənin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi orta məktəb şagirdləri arasında zərərli vərdişlər əleyhinə müsabiqələr keçirməklə onların ideya-tərbiyəvi dünya görüşünə istiqamət verməkdir.

Layihənin Bakı şəhərinin Maşdağa qəsəbəsində və Şirvan, Salyan, Hacıqabul və Neftçala rayonlarında keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA