Daha bir ana və körpə ölümü - Mingəçevirdə!

img

01-05-2014 [16:51]


Bu gün Azərbaycanda yenə də doğuş zamanı ana və övladı ölüb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş üçün Xaldan kənd xəstəxanasına gətirilib. Doğuşu həyata keçirən Qiyafət Məmmədova həyata keçirib.

Doğuş təbii üsulla həyata keçirilib. Lakin bu zaman uşaq və ana dünyasını dəyişib.

Məsələ ilə əlaqədar xəstəxananın mamaçası Qiyafət Məmmədova ANS PRESSS-ə bildirib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib. Bu zaman uşaq havasızlıqdan boğulub. Ana isə çox qan itirdiyi üçün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA