Nazir 13 il əvvəl Bənəniyar kəndinə olan amansız hücumu araşdırır - Vasif Talıbov və ətrafını skandal ittiham gözləyə bilər (FOTOLAR)
03-01-2023 [11:57]
"Naxçıvan Muxtar Respublikasının yeni rəhbərliyi bütün sahələrdə olduğu kimi, Bənəniyar hadisələrinə də həssas yanaşır".
Mia.az xəbər verir ki, bu sözləri əslən Naxçıvanın Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov deyib.
O bildirib ki, 2010-cu ilin dekabr ayını sonunda Bənəniyarda baş verən faciəli hadisələrdə zərərçəkmiş rəhmətlik Rza müəllimin ailəsi Naxçıvanın yeni təyin olunmuş Daxili İşlər naziri Süleyman Nemətov tərəfindən dünən qəbul edilib: "Qəbulda Rza müəllimin ailəsinə bildirilib ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülüb. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq.
Nazir bildirib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının baş prokurorluğuna həmçinin, Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər".
Jurnalistin sözlərinə görə, bu araşdırma bir Bənəniyar sakini kimi onu çox sevindirir: "Yeni rəhbərliyin Bənəniyar kəndindəki hadisələrə münasibəti çox xoş təsir bağışladı və bizi baş verən hadisələrin öz hüquqi qiymətini alacağına inandırdı. Məhz bizim dövlətimizdən istəyimiz də bu idi. İndiyədək qarşımızda Bənəniyar kənd sakinlərini provakativ addımlara sövq edərək, kəndin adını ləkələməyə çalışan rəhbərlər var idi. İndi isə onlar öz əməllərinin hesabatını verməklə məşğuldurlar. Kənardan yenidən proseslərə provakativ addımlar atmaqla müxtəlif don geyindirməyə çalışsalar da, inşallah arzuları gözlərində qalar. Çunki indiki rəhbərlik onların əksinə bənəniyarlıların bu dövləti canlarından çox sevdiyini yaxşı bilir. Buna görə də hazırkı rəhbərliyin atdığı addımları dəstəkləyir haqq və ədalətin öz yerini tapmasına yardımçı olacağımıza, provakativ addımlara imkan verməyəcəyimiza inanırıq.
Haqqın-ədalətin öz yerini tapması üçün bütün səylərimizi ortaya qoymağa, bir naxçıvanlı olaraq hər hansısa köməyə ehtiyac yaranarsa rəhbərliyə hər bir köməyi etməyə hazırıq.
Bu günkü sevindirici xəbərə görə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, Daxili İşlər İşlər naziri Süleyman Nemətova öz adımdan və kəndimizin bir sıra sakini adından təşəkkür edirəm!".
Xatırladaq ki, 2010-cu ilin dekabr ayının 27-də Aşura günündəı Vasif Talıbovun göstərişi ilə polis əməkdaşları kənddə amansız əməllərə imza atıblar.
Həmin vaxtı kənd sakinlərinin BBC-yə verdiyi məlumata görə, kənd sakini Yusif Xəlilov atasının polis tərəfindən ağaca bağlanaraq təhqir olunmasına etiraz edərək, özünü yandırıb.
Bu barədə o vaxt açıqlama verən Yusif Xəlilovun bacısı Kəmalə Xəlilovanın dediyinə görə, Bənənyar kəndində baş verən qalmaqal Aşura günü kənddə şahsey - vahsey gedən atası və bir neçə ağsaqqalın polis tərəfindən saxlanılmasından sonra baş verib.
Belə ki, polis əməkdaşları zəncir vurduqlarına görə, Kəmalə Xəlilovanın atasını ağaca bağlayıb və möhkəm döyüblər.
Bunu görən qardaşı Yusif Xəlilov atasına kömək edə bilməyəcəyini görüb polisləri üstünə benzin töküb yandıracağı ilə hədələyib. Polislər bu hədəyə məhəl qoymayıb və oğlan dediyini edib.
Bundan sonra isə kənddə vəziyyət daha da gərginləşib. Nəticədə kəndə daxili qoşun hissələri yeridilib, insanlar zorla evlərindən çıxarılaraq döyülüb, soyuq otaqlarda saxlanılıb, kəndə gediş-gəlişi dayandırılıb.
Kəndin iki ağsaqqalı Rza Nuriyev və Əli Rəhimov də MR rəhbərliyi tərəfindən hədəf seçilir. Böyükdüz təcridxanasında hər ikisinə ağlasığmaz və qeyri-adi işgəncələr verilir. Bu işgəncələrə tab gətirməyən Rza Nuriyev təcridxanadan azad ediləndən iki gün sonra, 5 yanvarda vəfat edir. Əli Rəhimov isə xeyli müddət kəndi tərk etmək məcburiyyətində qalır...
Məsələnin maraqlı tərəflərindən biri də odur ki, o vaxt rəsmi qurumlar bu boyda hadisəni təkzib ediblər. Guya kənddə ümumiyyətlə, heç nə baş verməyib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi