01-05-2014 [15:32]
Bir müddət əvvəl prezident İlham Əliyev Bakıda yolkənarlarında maşın saxlayanlardan bəhs etmişdi. Dövlət başçısı bildirmişdi ki, həmin adamların konkret nə işlə məşğul olduğunu hələ də bilmir. Ona görə də, «əliçubuqlu» adamların yığışdırılmasını istəmişdi.
Mia.az JAM.AZ-a istinadən xəbər verir ki, paytaxtda yol kənarlarında maşınların dayanması məsələsi çoxdanın problemidir və bu «parking» xidməti bir çox hallarda hərəkətin məhdudlaşmasına gətirib çıxarırdı. Xüsusən də dar yollarda yaranan vəziyyət daha acınacaqlıdır. Hərçənd problemi tam həll etmək də mümkün deyil. Çünki Bakıda xeyli sayda parkingə ehtiyac var. Tikilən bir-iki iri parking isə təlabatı qarşılamaq gücündə deyil.
«Əliçubuqlu»larla bağlı məsələyə gəlincə isə burada hər şey ilk baxışdan sadə görünür. Hər maşın üçün 20-50 qəpik, bəzi yerlərdə isə 1 manat yığan həmin şəxslərin konkret tabe olduqları dövlət qurumu mövcud deyil. Amma onların birmənalı olaraq Nəqliyyat Nazirliyinə, daha doğrusu, nəqliyyat naziri Ziya Məmmədova işlədiyi dəqiq məsələdir.
Bununla bağlı aparılan araşdırma zamanı üzə çıxan bir reallıq isə gün ərzində təkcə paytaxtda «parkovka» məsələsindən yığılan pulların həcmi ilə bağlı olub. İlkin təxminlərə görə, Bakıda yol kənarında saxlanılan maşınlardan yığılan pulun miqdarı gün ərzində 200 min manata yaxındır. Həmin pulların «əliçubuqlular» tərəfindən toplanması bütün məbləğin onlara çatması anlamına da gəlmir. Bu şəxslər yalnız gündəlik «dövriyyə»nin 5-10 faizinə sahib olmaqla dolanışıqlarını qururlar.
Həmin pulları yığanlar isə nəqliyyat naziri Ziya Məmmədovun xeyli əvvəldən yaratdığı «briqadalar»dır. JAM.AZ-ın araşdırmasına görə, bu «briqada»larda təmsil olunanlar sayca 20-30 nəfərdən ibarətdir. Maşınla təhcic olunmuş dəstələr gün ərzində «əliçubuqlular»la görüşərək, onlardan gündəlik dövriyyəni almağa məsul ediliblər. Elə parking xidməti göstərən şəxslər də təsdiq edirlər ki, onlardan pulları toplayan nəqliyyat nazirinin adamlarıdır.
Hazırda həmin biznes sahəsi başlı-başına qalıb. Artıq bir həftəyə yaxındır ki, nə "briqada”nın işçiləri pul yığır, nə də "əliçubuqlular” o pulu şəxsi vəasiti kimi, xərcləməyə cəsarət edir. Səbəb Ziya Məmmədovun bu biznesindən əl çəkməsidir. Amma belə gəlirli bir sahənin üzun müddət boş qalacağı inandırıcı görünmür. Tezliklə onun yeni sahibi də məlum olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi