Müğənni Roza Zərgərli kişiyə qəzəbləndi: "Məndə olan qeyrətin 3 faizi sizdə olsaydı..."

img

27-12-2022 [15:55]


Müğənni Roza Zərgərli "Təsir dairəsi" verilişinə qatılan yaşlı qadını atan övladına əsəbiləşib. 

Belə ki, övladı tərəfindən atılan qadın proqrama gələrək, yardım istəyib və qocalar evinə yerləşdirilməsini xahiş edib. Yaşlı qadının oğlu Malik efirə zəng edib.

İfaçı ondan anasını gəlib götürməsini istəyib. O isə gələ bilmədiyini, onun özünün maşına oturub Gəncəyə qayıtmasını deyib.

"Özüm maşına qoyub gətirəcəyəm Gəncəyə. Qadınlığımla məndə olan qeyrətin 3 faizi sizdə olsaydı, ananıza sahib çıxardınız. Anan sağdır, dörd övlad dünyaya gətirib. Onlar anaya sahib çıxmırlar" deyə, sənətçi ona etiraz edib/Sfera.az. 


Digər xəbərlər
SON XƏBƏRLƏR